29 iyun 2026. Bazar ertəsi

Fransa İslandiya ilə bacarmadı


Fransa İslandiya ilə bacarmadı

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 4-cü turunda keçirilən İslandiya – Fransa oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Oyunu israilli hakim Orel Qrinfild idarə edib.

İslandiya millisinin qollarını Viktor Paulsson və Kristian Xlinsson vurub. Fransanın heyətində isə Kristofer Nkunku və Jan-Filipp Mateta fərqləniblər.

“Üçrənglilər”in kapitanı Kilian Mbappe bu matçı zədəsinə görə buraxıb.

Qeyd edək ki, əvvəlki turda İslandiya evdə Ukraynaya 3:5, Fransa isə öz meydanında Azərbaycanı 3:0 hesabı ilə məğlub etmişdi.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi