15 avqust 2026. Şənbə

Almaniya Şimali İrlandiyanı səfərdə minimal hesabla məğlub etdi


Almaniya Şimali İrlandiyanı səfərdə minimal hesabla məğlub etdi

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 4-cü turunda keçirilən Şimali İrlandiya – Almaniya oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Vindsor Park” stadionunda (Belfast) baş tutan qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Matçı ispaniyalı hakim Xesus Xil Mansano idarə edib.

Oyunun yeganə qolunu Nik Voltemade 31-ci dəqiqədə vurub. Bu qol futbolçunun Almaniya millisinin heyətində ilk qoludur.

Bu nəticədən sonra Şimali İrlandiya 6 xalla A qrupunda üçüncü yerdə qərarlaşıb, Almaniya isə 9 xalla zirvədədir.

Növbəti turda Şimali İrlandiya 14 noyabrda səfərdə Slovakiya ilə, Almaniya isə eyni gün Lüksemburqla qarşılaşacaq.







Dünya çempionatı