29 iyun 2026. Bazar ertəsi

“Top səviyyəli rəqiblərlə mübarizə üçün optimal heyət lazımdır”


“Top səviyyəli rəqiblərlə mübarizə üçün optimal heyət lazımdır”

2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Ukrayna milli komandası Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov nəticə ilə bağlı fikirlərini bölüşüb.

“Komanda bütün gücünü sərf etdi. Amma top səviyyəli rəqiblərlə bərabər mübarizə aparmaq üçün optimal heyətə ehtiyacımız var. Zədəli futbolçularımızın tezliklə sağalması bizim üçün çox vacibdir,” – Rebrovun sözlərini Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.

Dörd turdan sonra Ukrayna yığması 7 xal toplayaraq seçmə qrupunda ikinci yerdə qərarlaşıb. Qrupun lideri isə Fransa milli komandasıdır.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi