29 iyun 2026. Bazar ertəsi

Marko van Basten Frenki de Yonqu tənqid edib


Marko van Basten Frenki de Yonqu tənqid edib

Niderlandiya millisinin sabiq hücumçusu Marko van Basten dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə keçirilən oyunda (4:0) “narıncılar”ın yarımmüdafiəçisi Frenki de Yonqun çıxışından narazı qalıb. 

90deqiqe.Az xəbər verir ki, “Ziggo Sport Totaal” sabiq futbolçunun fikirlərini belə çatdırıb:

“Frenkidən oyunu sürətləndirməsi gözlənilirdi, amma o bunu etmədi. Bu, mənim üçün məyusedicidir. O, meydanda poçtalyonu xatırladırdı. De Yonq topu müdafiədən hücuma sürətlə daşıya bilir, amma bunu demək olar ki, heç etmədi. Bu, inanılmazdır, axı onun oyun görmə qabiliyyəti və bu cür keyfiyyətləri var. Pedrinin oyununa baxın — o, daha sürətli oynayır və hücumda riskə gedir. Biz Frenkidən də eyni cəsarəti gözləyirik” 

Qeyd edək ki, “Barselona”nın futbolçusu görüşün bütün 90 dəqiqəsində meydanda olsa da, məhsuldar hərəkətlərlə fərqlənməyib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi