1 oktyabr 2026. Cümə axşamı

Yaponiya Braziliyanı məğlub etdi


Yaponiya Braziliyanı məğlub etdi

Yaponiya və Braziliya yığmaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi iki top fərqi ilə öndə olmasına baxmayaraq, qarşılaşmadan məğlub ayrılıb — 3:2.

26-cı dəqiqədə braziliyalı müdafiəçi Paulo Enrike hesabı açıb. 32-ci dəqiqədə hücumçu Qabriel Martinelli fərqi iki topa çatdırıb. 52-ci dəqiqədə keçmiş “Liverpul” futbolçusu Takumi Minamino hesab arasındakı fərqi azaldıb. Daha sonra yarımmüdafiəçi Keito Nakamura bərabərlik qolunu vurub.

71-ci dəqiqədə hücumçu Ayase Ueda Yaponiya yığmasına qələbə qazandıran qola imza atıb.

 







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər