29 iyun 2026. Bazar ertəsi

Türkiyə Gürcüstanı, İngiltərə Latviyanı darmadağın etdi


Türkiyə Gürcüstanı, İngiltərə Latviyanı darmadağın etdi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, oyunlar E, F, I və K qruplarında baş tutub.

E qrupunda Türkiyə yığması evdə Gürcüstanı 4:1 hesabı ilə məğlub edərək qrupda liderliyini möhkəmləndirib. Günün digər görüşündə İspaniya Bolqarıstanı darmadağın edib – 4:0.

F qrupunda Portuqaliya və Macarıstan yığmaları arasında maraqlı qarşılaşma qeydə alınıb. Oyunda qalib müəyyənləşməyib – 2:2. İrlandiya isə doğma azarkeşlər önündə Ermənistanı minimal hesabla məğlub edib – 1:0.

I qrupunda Estoniya ilə Moldova arasında matç bərabərliklə başa çatıb – 1:1. İtaliya isə öz meydanında İsrail üzərində inamlı qələbə qazanıb – 3:0.

K qrupunda İngiltərə səfərdə Latviyaya heç bir şans tanımayıb – 5:0. Digər görüşdə Serbiya Andorranı 3:1 hesabı ilə üstələyib.

DÇ-2026

Seçmə mərhələ

14 oktyabr

E qrupu

İspaniya – Bolqarıstan – 4:0

Türkiyə - Gürcüstan – 4:1

F qrupu

Portuqaliya – Macarıstan – 2:2

İrlandiya - Ermənistan – 1:0

I qrupu

Estoniya – Moldova - 1:1

İtaliya – İsrail – 3:0

K qrupu

Latviya - İngiltərə - 0:5

Andorra – Serbiya – 1:3







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi