26 mart 2026. Cümə axşamı

Messidən möhtəşəm rekord


Messidən möhtəşəm rekord

Argentina millisinin hücumçusu Lionel Messi milli komandalar səviyyəsində yeni dünya rekorduna imza atıb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı forvard yığma karyerasında ən çox məhsuldar ötürmə verən futbolçu olub. Bu uğura Messi yoldaşlıq görüşündə imza atıb – Argentina millisi Puerto-Riko üzərində 6:0 hesablı qələbə qazanıb, ulduz futbolçu isə qarşılaşmada iki qol ötürməsi ilə yadda qalıb.

Beləliklə, Messi yığma formasında məhsuldar ötürmələrin sayını 60-a çatdıraraq bu göstəricidə ABŞ millisinin sabiq üzvü Lendon Donovan və Braziliya yığmasının hücumçusu Neymarı geridə qoyub. Qeyd edək ki, hər iki futbolçunun hesabında 58 qol ötürməsi var. Bəzi mənbələrə görə, Neymarın ötürmələrinin sayı 59-dur.

Messinin yeni rekordu futbol ictimaiyyətində böyük əks-səda doğurub və əfsanəvi hücumçunun milli karyerası yenidən gündəmə gəlib.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"