1 oktyabr 2026. Cümə axşamı

Ronaldodan 40 yaşında tarixi rekord


Ronaldodan 40 yaşında tarixi rekord

Portuqaliya millisi DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin IV turunda növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Roberto Martinesin komandası evdə Macarıstan yığmasını qəbul edib.

Lissabondakı “Joze Alvalade” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Portuqaliyalıların heyətində 40 yaşlı Kriştiano Ronaldo dubl müəllifi olub-  22-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək yığma və klub karyerasındakı qollarının sayını 948-ə çatdırıb.

Bununla yanaşı, Ronaldu dünya çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 41-ə çatdıraraq yeni rekord müəyyənləşdirib.

Qonaq komandanın heyətində isə Adam Salay (8-ci dəqiqə) və Dominik Soboslai (90+1-ci dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra Portuqaliya millisi 10 xalla E qrupuna liderlik edir. Macarıstan 5 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti turda – noyabrın 13-də Portuqaliya İrlandiyanın qonağı olacaq, Macarıstan isə səfərdə Ermənistanla qarşılaşacaq.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Cənubi amerikalılar 2022-ci ilin finalında Fransa ilə qarşılaşmada əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa vurmuş, penaltilər seriyasında 4:2 qalib gəlmişdilər.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər