1 oktyabr 2026. Cümə axşamı

Afrika yığmaları DÇ-2026-nın final mərhələsinə birbaşa vəsiqə qazanıb


Afrika yığmaları DÇ-2026-nın final mərhələsinə birbaşa vəsiqə qazanıb

2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanan bütün Afrika milli komandaları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, birbaşa final mərhələsinə vəsiqə əldə edənlər sırasında Senegal, Kabo-Verde, Mərakeş, Əlcəzair, Cənubi Afrika, Misir, Qana, Tunis və Kot-d’İvuar yer alır.

Afrika zonasında qrup qalibi olan 9 komanda birbaşa dünya çempionatına vəsiqə qazanıb. Play-off mərhələsində isə Qabon, Konqo Demokratik Respublikası, Kamerun və Nigeriya mübarizə aparacaq.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir iyunun 11-də başlayacaq, final görüşü isə iyulun 19-da ABŞ-ın East-Rutherford şəhərindəki “MetLife” stadionunda baş tutacaq.

Turnirdə iştirak edən komandalar 12 qrupa bölünəcək və hər qrupda 4 komanda yer alacaq. Play-off mərhələsinə isə qruplarında ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan ən yaxşı 8 komanda yüksələcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər