29 sentyabr 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldonun oğlu Portuqaliya millisində debüt etdi


Kriştiano Ronaldonun oğlu Portuqaliya millisində debüt etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oğlu Junior milli formanı ilk dəfə geyinib.

90deqiqe.Az-ın məlumatına görə, 15 yaşlı futbolçu Türkiyə ilə oyunda meydanda debüt edib. O, qarşılaşmanın son dəqiqəsində meydana daxil olub.

Portuqaliya U-16 komandası matçı 2:0 hesabı ilə qalib başa vurub.

Hazırda “Əl-Nəsr” akademiyasında yetişən Junior atasının yolunu davam etdirir.

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə transfer olunub. 40 yaşlı hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Onun bazar dəyəri Transfermarkt tərəfindən 12 milyon avro olaraq qiymətləndirilib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər