14 dekabr 2025. Bazar günü

“Bizdə məktəb dava­sı yox, ailə ruhu var!”


“Bizdə məktəb dava­sı yox, ailə ruhu var!”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “El Klasiko”da “Barselona”nın hücumçusu Lamin Yamal ilə “Real Madrid”in müdafiəçisi Dani Karvaxal arasında yaşanan gərginlik barədə ilk dəfə danışıb.

90deqiqe.Az xəbər verir ki, “Marca” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Burada heç vaxt insident, qəribə davranış və ya məktəb döyüşü səviyyəsində qarşıdurma olmayıb. Komandada ailə, birliyə əsaslanan mühit var və ümumi maraqlar şəxsi mənfəətdən hər zaman üstün tutulur. Bu, futbolçuların xarakteri haqqında çox şey deyir. Həmişə Avropa çempionatını, Yamalın ötürməsini və Karvaxalın qolunu, onların bir-birini qucaqladığı anı xatırlayacağam. Bu, bizim komandada baş verənlərin ən yaxşı nümunəsidir. Əminəm ki, burada əsas məqsəd ümumi xeyirdir”

Xatırladaq ki, “El Klasiko”dan öncə Lamin Yamal “Real Madrid”i “tez-tez şikayət etməklə və hiyləgərliklə” ittiham etmişdi. Görüşdən sonra Dani Karvaxal qələbəni qeyd edərkən rəqib futbolçuya “sus” jesti göstərib. Bundan sonra hər iki oyunçu bir-birini sosial şəbəkələrdə izləmədən çıxarıb.







Dünya çempionatı

Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”