14 dekabr 2025. Bazar günü

İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb


İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

AFFA-dan 90deqiqe.Az-a bildirilib ki, baş məşqçi Arnar Qunnlauqsson D qrupunda noyabrın 13-də Bakıda Azərbaycan, 3 gün sonra isə Varşavada Ukrayna seçməsinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);

Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Hyordur Byörqvin Maqnusson (“Levadiakos”, Yunanıstan), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venetsiya”, İtaliya);

Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”, İtaliya), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Andri Fannar Baldursson (“Kasımpaşa”, Türkiyə), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Kristian Hlinsson (“Tvente”, Niderland), Yohann Berq Qudmundsson (“Əl-Zafra”, Birləşmiş Ərəb Əmirlikləri), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);

Hücumçular: Andri Qudyonsen (“Blekbörn”, İngiltərə), Brinyolfur Villumsson (“Qroningen”, Niderland), Albert Qudmundsson (“Fiorentina”, İtaliya), Daniel Qudyonsen (“Malmö”, İsveç).

Qeyd edək ki, noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







Dünya çempionatı

Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”