- Dünya çempionatı
- 22:53 04.12.2025
Hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettino komandasını 2026-cı ildə keçiriləcək ev dünya çempionatına hazırlayır.
90deqiqe.Az “BBC Sport”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis gələcəkdə yenidən İngiltərə Premyer Liqasında çalışmaq istədiyini bildirib.
“Premyer Liqa dünyanın ən güclü liqasıdır. Əlbəttə, orada işləməyi darıxıram. ABŞ-da çox xoşbəxtəm, amma düşünürəm ki, bir gün Premyer Liqaya qayıdacağam. Bu, ən rəqabətli liqadır”
Xatırladaq ki, Poçettino daha əvvəl İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarını çalışdırıb. O, ABŞ yığmasının sükanı arxasına 2024-cü ilin payızında keçib.