29 sentyabr 2026. Çərşənbə axşamı

Yamal İspaniya millisindən kənarlaşdırıldı


Yamal İspaniya millisindən kənarlaşdırıldı

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya milli komandasında növbəti Dünya Çempionatı-2026 seçmə oyunlarında iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu tibbi səbəblərdən milliyə kömək edə bilməyəcək. Yamalın qasıq nahiyəsində narahatlığın müalicəsi üçün prosedur keçirildiyi qeyd olunur, lakin bu əməliyyat milli komandanın həkim heyəti ilə razılaşdırılmayıb.

Hazırkı vəziyyətlə əlaqədar 7-10 gün bərpa müddətinə ehtiyacı olduğundan Yamal komandanın heyətindən çıxarılıb.

İspaniya millisi 15 noyabrda seçmə mərhələnin 5-ci turunda səfərdə Gürcüstanla qarşılaşacaq, 18 noyabrda isə evdə Türkiyə ilə üz-üzə gələcək.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər