4 fevral 2026. Çərşənbə

“41 yaşımda son dəfə dünya çempionatında oynayacağam”


“41 yaşımda son dəfə dünya çempionatında oynayacağam”

"Əl Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı onun karyerasında son mundial olacağını açıqlayıb.

90deqiqe.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, futbolçu bu barədə Səudiyyə Ərəbistanında keçirilən "TOURISE" turizm forumunda danışıb.

“Növbəti dünya çempionatı mənim üçün son olacaqmı? Əlbəttə, bu belədir. Onda mənim 41 yaşım olacaq. Düşünürəm ki, bu möhtəşəm turnirdə… bilmirəm… Sadəcə, bu anlardan həzz alıram” 

Ronaldu Portuqaliya millisində 2003-cü ilin avqustundan çıxış edir. Onun hesabında 225 oyun, 143 qol və 46 məhsuldar ötürmə var. 2016-cı ildə Portuqaliya ilə Avropa çempionu olan ulduz futbolçu, 2015 və 2019-cu illərdə UEFA Millətlər Liqasını da qazanıb.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı