29 sentyabr 2026. Çərşənbə axşamı

Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsində İslandiyaya uduzub


Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsində İslandiyaya uduzub

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiya ilə keçirib.

90deqiqe.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Görüş saat 23:45-də başlayacaq.

Beş oyundan sonra D qrupunda Fransa 10 xalla liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycan isə 1 xala malikdir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər