14 dekabr 2025. Bazar günü

Fransa, İngiltərə və İtaliyadan qələbə, Portuqaliya uduzdu


Fransa, İngiltərə və İtaliyadan qələbə, Portuqaliya uduzdu

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində IX tura start verilib.

90deqiqe.Az xəbər verir ki, bu gün D, F, I və K qruplarında səkkiz oyun keçirilib.

Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa Ukrayna üzərində böyükhesablı qələbə qazanaraq liderliyini möhkəmləndirib. İslandiya Bakıda millimizi məğlub etməklə qrupda xalını 7-yə yüksəldib.

Günün digər vacib görüşlərində İngiltərə Serbiyanı, İtaliya isə Moldova səfərində qalib gəlib. F qrupunda Portuqaliya gözlənilməz şəkildə İrlandiyaya uduzub. Norveç isə öz meydanında Estoniyanı asanlıqla məğlub edib və qrup liderliyini qoruyub.

Aşağıda turun nəticələri:

DÇ-2026 — Seçmə mərhələ
13 noyabr

D qrupu

21:00. Azərbaycan – İslandiya – 0:2
23:45. Fransa – Ukrayna – 4:0

Xal durumu: Fransa – 13, Ukrayna – 7, İslandiya – 7, Azərbaycan – 1.

F qrupu

21:00. Ermənistan – Macarıstan – 0:1
23:45. İrlandiya – Portuqaliya – 2:0

Xal durumu: Portuqaliya – 13, Macarıstan – 8, İrlandiya – 7, Ermənistan – 3.

I qrupu

21:00. Norveç – Estoniya – 4:1
23:45. Moldova – İtaliya – 0:2

Xal durumu: Norveç – 21, İtaliya – 18, Estoniya – 4, Moldova – 1.

K qrupu

23:45. Andorra – Albaniya – 0:1
23:45. İngiltərə – Serbiya – 2:0

Xal durumu: İngiltərə – 21, Albaniya – 14, Serbiya – 10, Andorra – 1.







Dünya çempionatı

Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”