8 aprel 2026. Çərşənbə

Kriştiano Ronaldo FİFA-nın qərarını dekabr ayında öyrənəcək


Kriştiano Ronaldo FİFA-nın qərarını dekabr ayında öyrənəcək

İrlandiya–Portuqaliya oyununda Kriştiano Ronaldo qırmızı vərəqə alıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu səbəbdən hücumçu Ermənistanla keçiriləcək son dünya çempionatına seçmə matçını dəqiq buraxacaq. Bundan sonrakı qərar isə FIFA-nın İntizam Komitəsi tərəfindən veriləcək.

FIFA qərarı təxminən üç həftə ərzində – dekabr ayında açıqlayacaq. Təşkilatın tələskənliyi yoxdur, çünki Avropa yığmaları üçün növbəti beynəlxalq oyunlar pəncərəsi yaxın vaxtlarda nəzərdə tutulmur.

Ronaldo iki və ya üç oyunluq diskvalifikasiya riski ilə üzləşir. Bu, onun dirsək zərbəsinin FIFA İntizam Komitəsi tərəfindən necə qiymətləndiriləcəyindən asılı olacaq. Cəza bir matçdan artıq olarsa və Portuqaliya mart pley-off mərhələsi olmadan birbaşa dünya çempionatına vəsiqə qazansa, Ronaldu DÇ-2026-nın startını buraxa bilər.

Qeyd edək ki, FIFA cümə günü Ronaldonun işinə baxılma tarixləri ilə bağlı dəqiq məlumat verməkdən imtina edib.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı