8 aprel 2026. Çərşənbə

Qattuzo Avropa seçmə sistemi ilə bağlı narazılığını ifadə edib


Qattuzo Avropa seçmə sistemi ilə bağlı narazılığını ifadə edib

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo 2026-cı il dünya çempionatının seçmə mərhələsində Moldova ilə 2:0 hesablı qələbədən sonra Avropa komandalarının mundiala birbaşa çıxış qaydalarını dəyişməyi təklif edib.

90deqiqe.Az xəbər verir ki, "ESPN"  mütəxəssisin dediklərini belə çatdırıb.

“Mənim vaxtımda qrup qalibləri birbaşa mundiala çıxırdı, indi qaydalar dəyişib. Bu sistemi dəyişmək üçün turniri təşkil edən qurumlarla əlaqə saxlamaq lazımdır. İtaliya rekorduna – altı qələbə – baxmaq olar. 1990 və 1994-cü illərdə Afrika komandalarının sayı iki idi, 1994-cü ildə üç komanda vəsiqə aldı, indi isə doqquz komanda var. Bu, mübahisə mövzusu deyil, amma çətinliklər yaradır.

Cənubi Amerikada isə 10 komandadan 6-sı birbaşa mundiala çıxır, yeddinci isə Okeaniya komandası ilə pley-off oynayır. Bu, həqiqətən məyusedicidir. Avropada sistemi dəyişmək lazımdır”

Yeddi seçmə oyunundan sonra İtaliya 18 xal toplayıb və I qrupunda ikinci yerdə qərarlaşıb. Norveç millisi ilə xallar fərqi 3-dür. ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala birbaşa çıxmaq üçün İtaliyaya Norveçi 9:0 məğlub etmək lazımdır.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı