28 iyun 2026. Bazar günü

Almaniya və Xorvatiyadan qələbə, Niderland xal itirdi


Almaniya və Xorvatiyadan qələbə, Niderland xal itirdi

DÇ-2026-nın Avropa üzrə təsnifat mərhələsinin IX turunda A, G və L qruplarında növbəti qarşılaşmalar baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, günün oyunları seçmə mərhələnin həlledici mərhələyə daxil olduğu bir vaxtda xüsusilə böyük maraqla izlənilib. Favoritlərin əksəriyyəti növbəti qələbələrini rəsmiləşdirsə də, bəzi görüşlərdə gözlənilməz nəticələr də qeydə alınıb.

A qrupunda Almaniya səfərdə Lüksemburqa qarşı inamlı oyun nümayiş etdirərək üç xal əldə edib. Slovakiya isə Şimali İrlandiyanı minimal hesabla üstələməklə qrupdakı mövqeyini möhkəmləndirib.

G qrupunun sürprizi Maltadan gəlib. Malta Finlandiyanı səfərdə məğlub etməklə turun ən gözlənilməz nəticəsinə imza atıb. Gecənin digər görüşündə Polşa və Niderland arasında qarşılaşma bərabərliklə yekunlaşıb.

L qrupunda Monteneqro Cəbəllütariq üzərində qələbə qazanaraq vacib üç xal toplayıb. Xorvatiya isə Farer adalarına qarşı üstün oyun sərgiləyərək meydanı inamlı qələbə ilə tərk edib.

14 noyabr

A qrupu
23:45. Lüksemburq – Almaniya – 0:2
23:45. Slovakiya – Şimali İrlandiya – 1:0

G qrupu
21:00. Finlandiya – Malta – 0:1
23:45. Polşa – Niderland – 1:1

L qrupu
23:45. Cəbəllütariq – Monteneqro – 1:2
23:45. Xorvatiya – Farer adaları – 3:1







Dünya çempionatı

90+6-da gələn qol Avstriyanı xilas etdi
  • Dünya çempionatı
  • 09:39 28.06.2026
90+6-da gələn qol Avstriyanı xilas etdi
Argentina mundialda üçdə üç etdi
  • Dünya çempionatı
  • 09:37 28.06.2026
Argentina mundialda üçdə üç etdi