14 may 2026. Cümə axşamı

“Arsenal”ın müdafiəçisi İtaliya millisinin düşərgəsini tərk etdi


“Arsenal”ın müdafiəçisi İtaliya millisinin düşərgəsini tərk etdi

“Arsenal”ın müdafiəçisi Rikkardo Kalfiori İtaliya millisinin düşərgəsindən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, Moldova ilə oyunu buraxan 23 yaşlı futbolçu bud nahiyəsindəki zədə səbəbindən sağalmaqda çətinlik çəkib və yığmanın təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib.

Kalfiori DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin qrup oyunlarında 3 matçda iştirak etsə də, məhsuldar fəaliyyət göstərməyib.

Qeyd edək ki, İtaliya millisi hazırda I qrupunda 18 xalla ikinci pillədə qərarlaşıb. Turnirin lideri isə 21 xala malik Norveç yığmasıdır. Bu komandalar seçmə mərhələnin 10-cu turunda — noyabrın 16-da üz-üzə gələcəklər.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı