- Dünya çempionatı
- 22:53 04.12.2025
İspaniya millisinin baş məşqçisi Luis de la Fuenete yarımmüdafiəçi Dani Olmonun çıxışını şərh edib.
90deqiqe.Az xəbər verir ki, “Barca Universal” təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.
“Dani bir neçə mövqedə oynaya bilən futbolçudur. O, milli komandada çox yüksək səviyyədə çıxış edir. Ona tam güvənmək olar. Oynayıb-oynamamasından asılı olmayaraq, həmişə komandaya kömək etməyə hazır olacaq”.
27 yaşlı Olmo İspaniya millisinin heyətində 45 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. De la Fuenetenin rəhbərlik etdiyi komanda 15 noyabrda DÇ-2026-nın seçmə mərhələsinin V turunda səfərdə Gürcüstanla qarşılaşacaq. Görüş Moskva vaxtı ilə 20:00-da başlayacaq.