5 dekabr 2025. Cümə

Avstriya Kipr səfərində qələbə qazandı


Avstriya Kipr səfərində qələbə qazandı

DÇ-2026-nın seçmə mərhələsinin H qrupunda Avstriya yığması növbəti vacib qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Ralf Ranqnikin komandası Kiprin qonağı olduğu matçdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın final mərhələsinə doğru mühüm addım atıb.

18-ci dəqiqədə Marko Arnautoviç penaltidən vurduğu dəqiq zərbə ilə hesabı açıb. Qapıçı zərbənin istiqamətini düzgün təxmin etsə də, topa çata bilməyib. Ardınca Konrad Laymer sol cinahdan Marsel Zabitser üçün qol epizodu yaradıb, lakin hücumçu qapıçı ilə duel zamanı fərqlənə bilməyib.

İkinci hissənin əvvəlində Kevin Danso mərkəzdə topu ələ keçirərək Arnautoviçə dəqiq ötürmə göndərib. Təcrübəli hücumçu cərimə meydançasına daxil olaraq qapıçı ilə dueldən qalib ayrılıb və fərqi iki topa yüksəldib.

Mixael Qreqoritsin ötürməsindən sonra Patryk Vimmer də qol epizodu əldə etsə də, zərbəsi dirəyə dəyib.

Avstriya hazırda Bosniyadan beş xal öndə liderliyini davam etdirir. Kipr isə qrupda dördüncü sıradadır.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi