13 mart 2026. Cümə

Torres İspaniya millisinin ən yaxşı bombardirləri sırasında ilk 10-luğa düşdü


Torres İspaniya millisinin ən yaxşı bombardirləri sırasında ilk 10-luğa düşdü

İspaniya millisinin və “Barselona”nın hücumçusu Ferran Torres dünya çempionatı-2026-nın seçmə mərhələsində Gürcüstanla oyununda (0:4) vurduğu qoldan sonra “Furiya Roxa”nın tarixində ən yaxşı bombardirlər siyahısına daxil olub.

90deqiqe.Az xəbər verir ki, bu qol futbolçunun milli komandadakı 52-ci görüşündə 23-cü dəfə fərqlənməsi olub.

Bu göstərici ilə 25 yaşlı hücumçu İspaniya millisinin sabiq müdafiəçisi, “Real Madrid” əfsanəsi Serxio Ramos və klubun keçmiş hücumçusu Alfreddo Di Stefanonun nəticəsini təkrarlayıb.

İspaniya yığmasının tarixində ən çox qol vuran futbolçu isə 98 oyunda 59 dəfə fərqlənmiş David Vilyadır.







Dünya çempionatı

Finalissima ilə bağlı qərar hələ verilməyib
  • Dünya çempionatı
  • 23:27 12.03.2026
Finalissima ilə bağlı qərar hələ verilməyib