29 sentyabr 2026. Çərşənbə axşamı

“Ekiteke az oynasa da, milli komandada özünü doğruldur”


“Ekiteke az oynasa da, milli komandada özünü doğruldur”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyun öncəsi hücumçu Uqo Ekiteke barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, futbolçunun milli komanda təcrübəsi az olsa da, onun inkişaf tempi qənaətbəxşdir.

“Uqo hələ milli komandada çox oynamayıb, amma o, irəliləyiş göstərir. Ukraynaya qarşı oyuna çox parlaq qoşuldu və qol vurdu. Hazırda özünü yaxşı hiss edir, məmnundur və daha çox oynamaq istəyir. Burada hamı meydanda daha çox olmaq üçün çalışır”

Azərbaycan – Fransa oyunu bu gün saat 20:00-da (MSK) başlanacaq. Xatırladaq ki, fransızlar Ukraynaya 4:0 hesabıyla qalib gəldikdən sonra DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər