26 mart 2026. Cümə axşamı

“Portuqaliya hər turnirdə favorit sayılır”


“Portuqaliya hər turnirdə favorit sayılır”

PSJ və Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş Ermənistan üzərindəki 9:1-lik qələbəni dəyərləndirib.  

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

“Biz rəqibdən xeyli üstün idik və bunu meydanda göstərdik. Son oyun bizim üçün uğursuz keçsə də, mundiala vəsiqəni təmin etmək fürsətimiz var idi. Portuqaliya iştirak etdiyi bütün yarışlarda favorit komandalardan biridir”.

Bu nəticə portuqaliyalılara qrup lideri kimi birbaşa DÇ-2026-nın final mərhələsinə yüksəlmək imkanı verib.  

Portuqaliya ardıcıl 7-ci dəfə dünya çempionatına yollanacaq. Ronaldo isə öz 6-cı mundialında çıxış edəcək. Maraqlıdır ki, Portuqaliya tarixində ikinci dəfə rəqib qapısından 9 qol keçirib və hər iki dəfə bunu Ronaldosuz bacarıb.

Xatırladaq ki, əvvəlki turda Portuqaliya İrlandiyaya 0:2 hesabı ilə uduzmuş və Kriştiano Ronaldo qırmızı vərəqə almışdı.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"