29 iyun 2026. Bazar ertəsi

Soboslai İrlandiya fanatlarını qıcıqlandırdı


Soboslai İrlandiya fanatlarını qıcıqlandırdı

“Liverpul” və Macarıstan millisinin futbolçusu Dominik Soboslai DÇ-2026 seçmə mərhələsinin son matçında İrlandiya azarkeşləri ilə insident yaşayıb.

90deqiqe.Az-ın məlumatına görə, Budapeştdə keçirilən görüşdə Macarıstanın final mərhələsinə yüksəlməsi üçün heç-heçə kifayət edirdi.

Komanda ikinci qolu vurub hesabı 2:1 etdikdən sonra Soboslai rəqib fanatlarına “klo­un” jestləri göstərərək onları təxribata çəkib. Ardınca İrlandiya əvvəlcə hesabı bərabərləşdirib, daha sonra isə 96-cı dəqiqədə qələbə qolunu vurub.

Beləliklə, irlandlar Macarıstanı üstələyərək qrupda ikinci pillənin sahibi olublar və indi pley-off mərhələsində mübarizə aparacaqlar.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi