29 iyun 2026. Bazar ertəsi

“Portuqaliya hələ tam hazır deyil”


“Portuqaliya hələ tam hazır deyil”

Portuqaliya millisinin ulduz yarımmüdafiəçisi Bruno Fernandeş Ermənistanı 9:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra komandanın oyununda boşluqların qaldığını etiraf edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

“Biz təkcə məğlub olduqda yox, qalib gəldikdə də öz üzərimizdə işləməliyik. Topla oyunda inkişaf etdirəcəyimiz çox detal var. Xüsusilə hücum zonasının son hissəsində topu itirdikdə reaksiyamız daha sürətli olmalıdır. Əks halda, rəqib kontraya çıxır və bu, İrlandiya ilə Macarıstana qarşı matçlarda çətinlik yaratmışdı. Bu problemləri aradan qaldırmalıyıq”

Portuqaliya qrupda zirvəni təmin edərək ardıcıl yeddinci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi