2 aprel 2026. Cümə axşamı

“Azərbaycan çox aqressiv oynayırdı”


“Azərbaycan çox aqressiv oynayırdı”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan üzərində 3:1 hesablı qələbə ilə başa çatan matçla bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı Azərbaycan millisinin çox aqressiv oynadığını bildirib.

“Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin keçdi, çünki rəqib çox aqressiv oynayırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım və növbəti matçlara da hazırıq”

Baş məşqçi hesabda geri düşmələrinə də münasibət bildirib: “Oyunlar 90 dəqiqə davam edir. Təəssüf ki, qarşılaşdığımız komanda həm aqressiv, həm də dinamik idi. Azərbaycan qol vurdu, amma sonra vəziyyəti dəyişdik və qələbə qazandıq”.

Deşam həmçinin Azərbaycan millisində irəliləyiş olduğunu vurğulayıb: “Bütün komandalar hörməti haqq edir. Kiçik ölkələr də üzərində çalışır. Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında çıxış edir və xallar qazanır. Biz Bakıda gözəl vaxt keçirdik, stadiondakı atmosfer də çox yaxşı idi”.







Dünya çempionatı

Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı
Frimponq zədələndi
  • Dünya çempionatı
  • 17:42 01.04.2026
Frimponq zədələndi
"Millidə heç kim üçün zəmanətli yer yoxdur"
  • Dünya çempionatı
  • 16:22 01.04.2026
"Millidə heç kim üçün zəmanətli yer yoxdur"