28 sentyabr 2026. Bazar ertəsi

Norveç 27 ildən sonra Dünya Kubokuna vəsiqə qazandı


Norveç 27 ildən sonra Dünya Kubokuna vəsiqə qazandı

DÇ-2026-nın Avropa seçmə mərhələsinin 10-cu turu çərçivəsində İtaliya və Norveç milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş Milandakı “San-Siro (Cüzeppe Meazza)” stadionunda baş tutub və ispaniyalı hakim Alehandro Ernandesin idarəçiliyi ilə keçirilib.

Matç qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. 11-ci dəqiqədə İtaliya millisinin hücumçusu Fransesko Espozito hesabı açıb. 63-cü dəqiqədə Norveçin hücumçusu Antonio Nusa hesabı bərabərləşdirib. 78-ci dəqiqədə Erlinq Haland Norveçi irəli çıxarıb, 79-cu dəqiqədə isə dubllayıb. Əvəzedici Yörgen Strann Larsen 90+3-cü dəqiqədə nəticəni böyük hesabla tamamlayıb.

Bu qələbə ilə Norveç I qrupunda birinci yeri tutaraq DÇ-2026-nın final mərhələsinə yüksəlib. İtaliya isə pley-off mərhələsində mübarizə aparacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər