7 aprel 2026. Çərşənbə axşamı

Türkiyə İspaniya ilə heç-heçə etdi


Türkiyə İspaniya ilə heç-heçə etdi

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmələrinin 6-cı turunda İspaniya və Türkiyə yığmaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Sevil­yada, “Olimpiko de Sevilya — La Kartuja” stadionunda baş tutub və 2:2 hesabı ilə yekunlaşıb.

Matçın dördüncü dəqiqəsində Dani Olmo İspaniya millisinin ilk qolunu vurub. 42-ci dəqiqədə isə Türkiyə millisinin hücumçusu Deniz Gül hesabı bərabərləşdirib. Fasilədən sonra Salih Özcan 54-cü dəqiqədə qonaqları önə çıxarıb. Yeddi dəqiqə sonra — 62-ci dəqiqədə Mikel Oyarsabal meydan sahibləri üçün hesabı yenidən bərabərləşdirib.

Qeyd edək ki, komandalar seçmənin 2-ci turunda da üz-üzə gəlmişdilər. Həmin görüşdə İspaniya Türkiyəni 6:0 hesabı ilə məğlub etmişdi.

Altı turdan sonra Türkiyə 13 xalla E qrupunda ikinci pillədə qərarlaşıb. Eyni sayda oyun keçirən İspaniya isə 16 xal toplayaraq qrupun lideridir. Bu nəticə sayəsində İspaniya ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı