20 yanvar 2026. Çərşənbə axşamı

Tramp Dünya Çempionatının püşkatma mərasimində iştirak edəcək


Tramp Dünya Çempionatının püşkatma mərasimində iştirak edəcək

Vaşinqtonda cümə günü 2026-cı il Dünya Çempionatının final mərhələsinin püşkatması baş tutacaq.

90deqiqe.Az xəbər verir ki, tədbirdə ABŞ prezidenti Donald Trampın iştirak edəcəyi gözlənilir. 

Püşkatma mərasimi zamanı Tramp FIFA tərəfindən təqdim olunan ilk Dünya mükafatını qəbul edəcək.

2026-cı il Dünya Çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Turnirdə iştirak edən 42 komanda artıq müəyyənləşib, qalan 6 vəsiqə mart ayında UEFA zonasında keçiriləcək qitələrarası və play-off oyunları ilə müəyyən olunacaq. Bu, 48 komandalı ilk Dünya Çempionatı olacaq.







Dünya çempionatı