- Dünya çempionatı
- 22:53 04.12.2025
Argentina millisinin ulduzu Lionel Messi 2026-cı ildə təşkil olunacağı deyilən “Finalissima” barədə yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" ulduz futbolçunun dediklərini belə çatdırıb.
“Düzünü desəm, oynamayacağam. Hətta matçın baş tutub-tutmayacağı da bəlli deyil. Onlar özləri də bununla bağlı dəqiq qərara gəlməyiblər. Mövsümün ortasında hazırlıq dönəminin olması isə mənim üçün hər şeyi dəyişə bilər.
Bu, yeni mövsümə sıfırdan başlamaq kimi olacaq. Avropada oynayan futbolçular adətən mövsümün sonuna qədər çox yüklənirlər. Qətərdəki dünya çempionatı istisna idi – mövsümün ortasında keçirildiyi üçün oyunçular daha az yorulmuşdu. Məncə, indi də eyni effekt olacaq”
İspaniya ilə Argentina arasında 27 mart 2026-cı il üçün nəzərdə tutulan oyun hələlik rəsmən təsdiqlənməyib.