- Dünya çempionatı
- 23:38 05.12.2025
11 iyun – 19 iyul 2026 tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün qrup mərhələsinin püşkü başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və onlar 12 qrupa bölünüb, hər qrupda 4 komanda yer alacaq.
Qruplar:
A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Avropa play-off – D yolunun qalibi (Daniya/Şimali Makedoniya/Çexiya/İrlandiya)
B qrupu: Kanada, Qətər, İsveçrə, Avropa play-off – A yolunun qalibi (İtaliya/Şimali İrlandiya/Uels/Bosniya və Hersoqovina)
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Avropa play-off – C yolunun qalibi (Türkiyə/Rumıniya/Slovakiya/Kosovo)
E qrupu: Almaniya, Küraçao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, Avropa play-off – B yolunun qalibi (Ukrayna/İsveç/Polşa/Albaniya)
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası 2-ci pley-offun qalibi (Boliviya/Surinam/İraq)
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Özbəkistan, Kolumbiya, FIFA qitələrarası 1-ci pley-offun qalibi (Yeni Kaledoniya/Yamayka/Kongo DR)
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Hazırda mundiala qatılacaq 42 komanda müəyyənləşib, qalan 6 komanda mart 2026-da keçiriləcək play-off oyunlarından sonra bəlli olacaq. Hər qrupdan ilk iki yerin sahibi və 12 qrupdan ən yaxşı 8 üçüncü komanda növbəti mərhələyə – 1/16 finala yüksələcək.