14 may 2026. Cümə axşamı

“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”


“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino gələn yay keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Poçettinonun sözlərinə görə, qarşıdakı mundial ölkə futbolu üçün böyük şansdır:

“Bu, möhtəşəm olacaq. ABŞ üçün futbolu nümayiş etdirmək baxımından əla imkandır. Biz ölkəmizdə rəqabətədavamlı və qələbəyə köklənmiş komanda formalaşdırmaqdan məmnunuq”, – deyə o bildirib.

ABŞ millisi mundialın qrup mərhələsində Paraqvay və Avstraliya yığmaları ilə eyni qrupda yer alıb. Onların digər rəqibi Avropa pley-offunun C yolunun qalibi olacaq (Türkiyə, Rumıniya, Slovakiya və ya Kosovo).

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı