29 iyun 2026. Bazar ertəsi

Benzema milliyə qayıda bilər


Benzema milliyə qayıda bilər

Fransa millisinin sabiq hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatı ərəfəsində milliyə qayıtma ehtimalını istisna etməyib.  

90deqiqe.Az xəbər verir ki, "L’Équipe" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Əgər məni dəvət etsələr, gələcəm. Kim dünya çempionatında oynamaq istəməz ki? Hər kəs bu turnirdə iştirak etmək istəyir. Əgər mən deyərdimsə ki, istəmirəm, yalan danışmış olardım.”

Qeyd edək ki, 37 yaşlı forvard “Əl-İttihad” klubunda çıxış edir və 2022-ci ildə beynəlxalq karyerasını başa vurduğunu açıqlamışdı.

Fransa millisində 97 matçda iştirak edən Benzema 37 qol vurub və 20 məhsuldar ötürmə edib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi