15 avqust 2026. Şənbə

"Sumqayıt"ın futbolçusu Benin millisinə dəvət alıb


"Sumqayıt"ın futbolçusu Benin millisinə dəvət alıb

"Sumqayıt"ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçu bu səbəbdən "Neftçi" və "Sabah"la görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.







Dünya çempionatı