14 may 2026. Cümə axşamı

“Finallissima mart ayında reallaşacaq”


“Finallissima mart ayında reallaşacaq”

2026-cı ilin Finallissima görüşündə İspaniya və Argentina milliləri üz-üzə gələcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan məlumat verib.

O bildirib:

“Finallissima adlı bu xəyal mart ayında gerçəkləşəcək. UEFA ilə məsələləri razılaşdırmaq üzrəyik və rəsmi təsdiqi gözləyirik”

Əvvəlki məlumatlara görə, Finallissima – 2026 martın 27-də Qətərin “Lusail Iconic” stadionunda keçiriləcək. Oyunda İspaniya və Argentina milliləri iştirak edəcək. İspaniya komandası hazırda Avropa çempionudur, Argentina isə Amerika Kubokunun qalibidir.

Qeyd edək ki, Argentina millisinin hücumçusu Lionel Messi bu matçda iştirak etməyəcəyini açıqlayıb.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı