1 oktyabr 2026. Cümə axşamı

FİFA-dan rekord mükafat - çempionu 50 milyon dollar gözləyir


FİFA-dan rekord mükafat   - çempionu 50 milyon dollar gözləyir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının qalibinə rekord məbləğdə mükafat ödəyəcək.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, turnirin çempionu 50 milyon ABŞ dolları məbləğində mükafat qazanacaq.

Məlumata əsasən, dünya çempionatında FİFA tərəfindən ayrılan ümumi mükafat fondu 655 milyon dollar təşkil edəcək. Qrup mərhələsində mübarizəni dayandıran komandalar 9 milyon dollar, finala yüksələn yığmalar isə 33 milyon dollara qədər vəsait əldə edəcəklər.

Qeyd edək ki, Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbəyə görə 42 milyon dollar mükafat almışdı. Fransa yığması isə Rusiyada təşkil olunan mundialda çempion olmaqla 38 milyon dollar gəlir əldə etmişdi.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər