11 fevral 2026. Çərşənbə

Mərakeş turnirə qələbə ilə başladı


Mərakeş turnirə qələbə ilə başladı

Afrika Millətlər Kuboku–2025-in açılış matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, turnirin ilk oyununda Mərakeş və Komor Adaları milli komandaları üz-üzə gəliblər.

Görüş Rabatda, şahzadə Bin Fahd adına stadionda keçirilib. Meydan sahibləri qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Matçın 11-ci dəqiqəsində Mərakeş yığmasının hücumçusu Süfyan Rahiminin vurduğu qol baş hakim tərəfindən qeydə alınmayıb. İkinci hissədə isə hesab açılıb. 55-ci dəqiqədə Madrid “Real”ının futbolçusu Brahim Dias fərqlənib. 74-cü dəqiqədə Ayub Əl-Kaabi daha bir qol vuraraq yekun hesabı müəyyənləşdirib – 2:0.

Qeyd edək ki, A qrupunda Mərakeş və Komor Adaları ilə yanaşı Mali və Zambiya milli komandaları da yer alır.

Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda mübarizə aparır. Yarış 18 yanvaradək davam edəcək. Turnirin hazırkı qalibi Kot-d’İvuar millisidir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı