23 dekabr 2025. Çərşənbə axşamı

Zambiya millisinin forvardı qol sevincində boynunun üzərinə düşdü - FOTO


Zambiya millisinin forvardı qol sevincində boynunun üzərinə düşdü  - FOTO

Zambiya millisinin hücumçusu Patson Daka Afrika Millətlər Kuboku–2025-in A qrupunun 1-ci turunda Mali yığmasına qarşı keçirilən oyunda qol sevincini qeyd edərkən uğursuz vəziyyətlə üzləşib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Mərakeşin Kasablanka şəhərində yerləşən “Stad Məhəmməd V” stadionunda baş tutub. Oyunun baş hakimi Somali təmsilçisi Ömər Abdulkadir Artan olub.

Matçın 90+2-ci dəqiqəsində Patson Daka baş zərbəsi ilə hesabı bərabərləşdirərək komandasına heç-heçə qazandırıb. Qoldan sonra sevincini bir neçə dəfə salto edərək qeyd edən hücumçu yerə enərkən boynunun üzərinə düşüb və meydanda uzanılı vəziyyətdə qalıb. Komanda yoldaşları dərhal onun yanına qaçaraq futbolçu ilə birlikdə qol sevincini davam etdiriblər.

Qeyd edək ki, A qrupunda daha əvvəl Mərakeş millisi Komor adaları yığmasını 2:0 hesabı ilə məğlub edib. Qrupda 2-ci və 3-cü turun oyunları 26 və 29 dekabr tarixlərində keçiriləcək. Afrika Millətlər Kuboku–2025-in final matçı isə 18 yanvar tarixində baş tutacaq.







Dünya çempionatı

Mərakeş turnirə qələbə ilə başladı
  • Dünya çempionatı
  • 01:36 22.12.2025
Mərakeş turnirə qələbə ilə başladı
FIFA-nın Qitələrarası Kubokunun qalibi PSJ olub
  • Dünya çempionatı
  • 08:00 18.12.2025
FIFA-nın Qitələrarası Kubokunun qalibi PSJ olub
“Neftçi”nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 16:00 16.12.2025
“Neftçi”nin futbolçusu milliyə dəvət alıb
“Finallissima mart ayında reallaşacaq”
  • Dünya çempionatı
  • 23:48 15.12.2025
“Finallissima mart ayında reallaşacaq”
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 12:06 14.12.2025
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq