13 mart 2026. Cümə

FİFA VAR üçün yeni texnoloji yenilikləri sınaqdan keçirdi


FİFA VAR üçün yeni texnoloji yenilikləri sınaqdan keçirdi

FİFA qoldan öncə topun meydanı tərk edib-etmədiyini müəyyənləşdirən yeni texnologiyanı test mərhələsində yoxlayıb.

90deqiqe.Az xəbər verir ki, “Out of Bounds” adlanan sistem bu ay Qətərdə təşkil olunan Qitələrarası Kubok çərçivəsində keçirilən üç qarşılaşmada tətbiq edilib. Texnologiya topun oyun xəttini tam keçib-keçmədiyini dəqiq şəkildə göstərir.

Eyni zamanda, FİFA ofsayd qərarlarının daha sürətli və vizual formada verilməsi məqsədilə “Real-time 3D Recreation” texnologiyasının istifadəsini genişləndirib. Bu sistem VAR və televiziya yayımları üçün hər iki qapıçının baxış bucağından virtual görüntülər təqdim edir.

Qeyd edək ki, yeni texnologiyalar FİFA ilə Hawk-Eye Innovations şirkətinin birgə layihəsidir. Sözügedən yeniliklərin gələcəkdə milli çempionatlarda tətbiqi ilə bağlı hələlik qərar verilməyib.







Dünya çempionatı

Finalissima ilə bağlı qərar hələ verilməyib
  • Dünya çempionatı
  • 23:27 12.03.2026
Finalissima ilə bağlı qərar hələ verilməyib