29 iyun 2026. Bazar ertəsi

“Prezident olmaq barədə fikirlər mənə problemlər yaradır”


“Prezident olmaq barədə fikirlər mənə problemlər yaradır”

“Real”, “Barselona” və “İnter” klubunun sabiq futbolçusu, həmçinin Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o siyasi ambisiyaları ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" 44 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Kamerun prezidenti olmaq? Bu, indiki problemlərimin 99%-nin səbəbidir, çünki insanlar görürlər ki, futbolçu olduğum dövrdən də daha populyar olmuşam və deyirlər: ‘O, mütləq dövlət başçısı olmaq istəyir’. Bu isə mənim üçün problemlər yaradır, hətta kölgədə qalaraq imkan gözləyən şəxslər üçün də”.

Qeyd edək ki, Samuel Eto’o 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir və noyabr ayında yenidən seçilib. O, ölkənin tarixində ən məhsuldar bombardirdir.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi