1 oktyabr 2026. Cümə axşamı

Kroos dünya çempionatındakı favoritlərini açıqladı


Kroos dünya çempionatındakı favoritlərini açıqladı

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos 2026-cı il dünya çempionatının əsas favoritləri ilə bağlı fikirlərini bölüşüb, həmçinin Almaniya yığmasının şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, "Romario TV" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“İspaniya, Portuqaliya, Fransa və Mərakeş əsas favoritlərdir. Braziliyanın adını çəkmirəm, amma onlar da favorit ola bilərlər.

Almaniya millisi? Düşünürəm ki, Almaniya həmişə ön sıralarda olur, lakin onları əsas favoritlər sırasında görmürəm. Əminəm ki, komanda dörddəbir finala və ya yarımfinala qədər irəliləyə bilər, amma mənim fikrimcə, hazırda daha aşağı səviyyədədirlər. Bununla belə, oyun zamanı hər şey baş verə bilər”

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər