28 dekabr 2025. Bazar günü

“48 komandalı dünya çempionatı turnirin keyfiyyətini aşağı salacaq”


“48 komandalı dünya çempionatı turnirin keyfiyyətini aşağı salacaq”

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos dünya çempionatında iştirakçıların sayının artırılmasına qarşı çıxmasının səbəblərini açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, "Romario TV" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Dünya çempionatında bir çox ölkənin çıxış etməsi gözəldir, lakin iştirakçıların sayının daha da artırılmasının əleyhinəyəm. Futbolçuların sağlamlığı və turnirin keyfiyyəti qorunmalıdır.

Bu qədər yığma ilə çox sayda nəticəsi əvvəlcədən bəlli olan, böyükhesablı oyunlar görəcəyik. Bu isə azarkeşlərin izləmək istədiyi qarşılaşmalar deyil. Bu, sanki əlavə bir seçmə mərhələsini xatırladır.

Mənim üçün əsas olan keyfiyyətli və maraqlı oyunlardır. Tabloya 5:0 və ya 6:0 hesablarının yazılması xoşuma gəlmir. Bilirəm ki, futbolçular dünya çempionatına artıq yorğun vəziyyətdə gəlirlər və indi onlar turnirdə daha çox oyun keçirməli olacaqlar. Nəticədə dünya çempionatının səviyyəsi aşağı düşəcək”

Qeyd edək ki, 2026-cı il mundialı tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.







Dünya çempionatı

“Ən vacib olan üç xaldır”
  • Dünya çempionatı
  • 15:54 27.12.2025
“Ən vacib olan üç xaldır”
“Bu il Anqolanın şansı var”
  • Dünya çempionatı
  • 22:58 25.12.2025
“Bu il Anqolanın şansı var”
Seneqal Afrika Kubokuna qələbə ilə start verdi
  • Dünya çempionatı
  • 21:17 23.12.2025
Seneqal Afrika Kubokuna qələbə ilə start verdi