29 iyun 2026. Bazar ertəsi

Nigeriya yığması Uqandanı darmadağın etdi və qrupu lider tamamladı


Nigeriya yığması Uqandanı darmadağın etdi və qrupu lider tamamladı

Afrika Millətlər Kubokunda Nigeriya millisi qrup mərhələsində üçüncü qələbəsini qazanıb. 

90deqiqe.Az-ın məlumatına görə, "Super Eagles” Uqanda yığmasını 3:1 hesabı ilə məğlub edib.

28-ci dəqiqədə Fisayo Dele-Başirunun ötürməsindən sonra Pol Onuaçu hesabı açıb. Fasilədən sonra Nigeriya üstünlüyünü daha da artırıb. 57-ci dəqiqədə Uqandanın qapıçısı Camal Salim Osimhenə qarşı epizodda qayda pozduğu üçün meydandan qovulub.

63-cü dəqiqədə Samuel Çukvuezenin ötürməsi ilə Rafael Onedika fərqi iki topa çatdırıb. Dörd dəqiqə sonra isə yenə Çukvuezenin məhsuldar ötürməsindən sonra Onedika dublunu rəsmiləşdirib – 0:3.

Uqanda yığmasının heyətində Rocers Mato bir qol vuraraq hesabı müəyyənləşdirib – 1:3.

Bu qələbə sayəsində Nigeriya yığması 9 xalla qrupda birinci yeri tutub. Uqanda isə 1 xalla sonuncu pillədə qalıb.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi