31 dekabr 2025. Çərşənbə

"Fliki başa düşürəm, amma vicdanım təmizdir"


"Fliki başa düşürəm, amma vicdanım təmizdir"

“Barselona” və İspaniya milli komandası payızda Lamin Yamalın qasıq nahiyəsindəki zədəsi ilə bağlı fikir ayrılığı yaşayıb.  

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, İspaniya milli komandanın baş məşqçisi Luis de la Fuente mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Mən Flikin mövqeyini başa düşürəm, o da mənim mövqeyimi anlayır – çünki o da millinin baş məşqçisi olub, Almaniya millisində. Mən yalnız məsuliyyətimə fokuslanmışam və komandaya ən yaxşı oyunçuları cəlb etməliyəm. Bu səbəb hər bir qərarımızı əsaslandırır. Vurğulamaq istəyirəm ki, futbolçuların sağlamlığı bizim üçün prioritetdir. Bunu sübut edə bilərik. Hər hansı şübhə olduqda – Yamal və ya başqası – oyunçu meydana çıxmayıb və klubuna qaytarılıb. Vicdanım təmizdir.”

Sentyabr ayında “mavi-qırmızılar”ın baş məşqçisi Hans-Diter Flik milli komandada Yamalın sağlamlıq vəziyyətini nəzərə almadan istifadə edilməsinə etirazını açıqlamışdı.

Xatırladaq ki, gələn yay İspaniya millisi Dünya çempionatında mübarizə aparacaq.







Dünya çempionatı

"Fliki başa düşürəm, amma vicdanım təmizdir"
  • Dünya çempionatı
  • 20:15 31.12.2025
"Fliki başa düşürəm, amma vicdanım təmizdir"
Əlcəzair Burkina-Fasonu tək qolla məğlub etdi
  • Dünya çempionatı
  • 23:53 28.12.2025
Əlcəzair Burkina-Fasonu tək qolla məğlub etdi
“Ən vacib olan üç xaldır”
  • Dünya çempionatı
  • 15:54 27.12.2025
“Ən vacib olan üç xaldır”
“Bu il Anqolanın şansı var”
  • Dünya çempionatı
  • 22:58 25.12.2025
“Bu il Anqolanın şansı var”