29 iyun 2026. Bazar ertəsi

Qabon milli komandası fəaliyyətini dayandırdı


Qabon milli komandası fəaliyyətini dayandırdı

Qabon idman nazirliyi Afrika Millətlər Kubokunda uğursuz çıxışından sonra milli komandanın fəaliyyətini dayandırmaq qərarı verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, Qabon hakimiyyətləri milli komandanın Afrika Kubokundakı oyunundan narazı qalıb və komandanın ləğvi qərarına gəlib. Həmçinin, heyətdən “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq və 37 yaşlı müdafiəçi Bryuno Ekuel-Manga çıxarılıb. Qabon millisinin baş məşqçisi Tiyerri Muyuma isə istefaya göndərilib.

Afrika Kubokunda Qabon komandası qrup mərhələsində bütün üç matçda uduzub: Kamerun (0:1), Mozambik (2:3) və Kot-d’İvuar (2:3).







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi