1 oktyabr 2026. Cümə axşamı

Seneqal Sudana qalib gəldi


Seneqal Sudana qalib gəldi

Afrika Millətləri Kubokunun (AFCON 2025) 1/8 final mərhələsində Seneqal milli komandası Sudanla qarşılaşıb.

 90deqiqe.Az-ın məlumatına görə, Tanjer şəhərindəki “Stade Ibn Batouta” stadionunda keçirilən görüşdə Seneqal millisi rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb.

Matçın 6-cı dəqiqəsində Sudan millisinin yarımmüdafiəçisi Aamir Abdalla hesabı açıb. İlk hissədə Seneqal yarımmüdafiəçisi Pap Qaye həm hesabı bərabərləşdirib, həm də ikinci qolunu vuraraq komandasına üstünlük qazandırıb. Oyunun 77-ci dəqiqəsində Seneqalın hücumçusu İbrahim Mbaye nəticəni 3:1-ə çatdırıb.

AFCON 2025 Mərakeş ev sahibliyi ilə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir və bunlar altı qrupa bölünüb. Yarış 18 yanvara qədər davam edəcək. Qeyd edək ki, sonuncu turnirin qalibi Fildişi Sahili olub; onlar 2023-cü ildə finalda Nigeriyanı 2:1 hesabı ilə məğlub etmişdilər.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər