21 fevral 2026. Şənbə

Mali Afrika Millətlər Kubokunda 1/4 finala yüksəldi


Mali Afrika Millətlər Kubokunda 1/4 finala yüksəldi

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində Mali və Tunis milli komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Mərakeşin Kasablanka şəhərində yerləşən “Məhəmməd V” stadionunda baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan Mali yığması 3:2 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Görüşü Cənubi Afrikadan olan baş hakim Abonqile Tom idarə edib. Qarşılaşmanın 26-cı dəqiqəsində Mali millisinin futbolçusu Voyо Kulibali qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Matçın son dəqiqələrində dramatik hadisələr yaşanıb: 89-cu dəqiqədə Firas Şauat Tunis yığmasını hesabda önə çıxarıb. Lakin 90+7-ci dəqiqədə Lassin Sinayoko penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib və oyunu əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə üstünlük Mali yığmasının tərəfində olub.

Beləliklə, Mali millisi 1/4 finalda Seneqal yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Yarış 18 yanvar tarixinədək davam edəcək. Turnirin son qalibi Kot-d’İvuar yığmasıdır — afrikalılar 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub ediblər.







Dünya çempionatı

Afrika Kuboku 2027-ci ildə keçiriləcək
  • Dünya çempionatı
  • 23:45 13.02.2026
Afrika Kuboku 2027-ci ildə keçiriləcək
İngiltərə millisi Tuxellə müqaviləni uzatdı
  • Dünya çempionatı
  • 21:03 12.02.2026
İngiltərə millisi Tuxellə müqaviləni uzatdı